“Facebook”u rekord məbləğdə cərimə gözləyir

2019-01-19 11:24:31

ABŞ hökuməti istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı razılaşmanı pozduğuna görə, “Facebook”un rekord məbləğdə cərimə etməyi planlaşdırır.

Lego.az  xəbər verir ki, bu haqda “The Washington Post” məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin məlumatına görə, ABŞ Federal ticarət komissiyasının  “Facebook”a qarşı tətbiq edəcəyi maliyyə sanksiyasının məbləği, 2012-ci ildə “Google” şirkətinə edilən cərimədən (22,5 milyon dollar) dəfələrlə çox ola bilər.