Sevda Sanalıyeva Afət Fərmanqızının ŞANTAJ xarakterli mesajına cavab verdi

2019-02-07 11:33:11

Müğənni Sevda Sanalıyevanın sosial şəbəkədə "Tariximizə sahib çıxaq və hörmətlə yanaşaq. Düşmənlərimizi özümüzə güldürməyək" mesajı Nəsiminin qəzəlinə "Pəncu-şeş" oxuyan Afət Fərmanqızı ilə qalmaqala səbəb olub.

Lego.az BAKU.WS-ə istinadən xəbər verir ki, bir-birlərinə sosial şəbəkədə cavab verən tərəflər şəxsi məsələləri gündəmə gətiriblər.

Həmkarının şəxsi həyatı ilə bağlı atmaca atmaqla sakitləşməyən Fərmanqızı, şantaj etməkdən də çəkinməyib: "Bu keçmişdə rəqqasəlik edən xanım (indi qarnını örtüb, olub ev qızı) Nəsiminin qəzəlini paylaşıb, guya məni öz aləmində tariximizə hörmətsiz yanaşmaqda qınayıb. Nə yaxşı işdi eee. Gedim qarnımı və döşümü açım, göbəyimlə pul qazanım, sonra da örtüm. Başlayım tarixi dəyərlərdən danışmağa. Ay sən öləsən elə. Ölmüşdü Xandadaş. Tarixi dəyərlərdən, mental dəyərləri yaşadan insanlar danışa bilər. Məni blok edib o rəqqasəcik. Yalandan da yazıb ki, guya mən blok edib qaçmışam. Yalançının ölüsünə lənət! Artıq-əksik nəsə yazsan, ailəndəki o məsələləri işıqlandıracam".

Onun bu sözləri Sanalıyevanı özündən çıxarıb və həmkarına eyni üsulla cavab verib. Sevda onu ailə dağıtmaqda ittiham edən Afətin özünün bir neçə il əvvəl ailə dağıtdığını açıqlayıb:

"Mən də izləyicilərimin ən gözəl yazdığı sözləri paylaşacağam və deyəcəm ki, xalq sənin cavabını verdi. Ay Allah, nə qədər güldüm. İnsan nə qədər savadsız olar ki, belə hərəkət edər. Tərbiyəm əl vermir, yoxsa deyişməyə nə var ki... Hə, bir də o yazdığı ailə dağıtmaq söhbəti deyəsən o kloun deyəsən özünə şamil edib. Çünki bildiyimiz qədərilə, bir neçə il əvvəl belə bir dəcəllik edib. Ay səni... Bu arada, şəkildə karset-filan geyinməmişəm".

 

Sevda Sanalıyevadan Afət Fərmanqızının ŞANTAJ xarakterli mesajına cavab: Ay səni...

Sevda Sanalıyevadan Afət Fərmanqızının ŞANTAJ xarakterli mesajına cavab: Ay səni...