Aysun: "Hər hərəkətimə görə atama güvənirəm"

2019-02-28 13:43:04

Müğənni Rəqsanə İsmayılovanınn ifaçı qızı Aysun İsmayılova ARB telekanalının "Show News" verilişinin qonağı olub.

Lego.az open.az-a istinadən xəbər verir ki, ifaçı hər hərəkətinə görə atasına güvəndiyini dilə gətirib.

O, atası ilə fəxr etdiyini belə ifadə edib: "Adamın atası və anası olanda özünü güclü hiss edir. Özü də atam anamdan çox diqqət göstərir. Efirdə olanda belə avtomobilini saxlayır və mənə baxır. Bilirəm ki, heç kim haqqımda nəsə deyə bilməz. Çünki arxamda dağ kimi atam var. Mən istəyirəm öz ayağım üstündə durum. Çünki anam və anam bir külfət adama baxır".