Hüseyn Dəryanın qızı DNT analizi verdi

2019-03-04 16:13:16

Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT analizi ətrafındakı qalmaqal bitmir.

Lego.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçının övladı Dəryanın övladı olduğunu sübut etmək üçün analiz verib.

"Qardaşım Cahangirdən DNT analizi istəyəndə, məni qınadılar. Dedilər ki, sən birinci özün sübut et ki, Hüseyn Dəryanın qızısan. Mən də bibimlə gedib analiz verdim" deyə, Ayşə bildirib.

Ayşə deyib ki, analizə bir gün gec getdiyi üçün telefonuna çoxlu zənglər gəlib:

"Məqsədim budur ki, genin daşıyıcısı olduğumu sübut edim. Daşıyıcı çıxsam, sübut hamıya bəs edəcək. Mən Hüseyn Dəryanın qızıyam, bir şeyi deyirəmsə, edirəm də".

Aparıcı Zaur Baxşəliyev Dəryanın ikinci xanımı Sonanın ondan şikayət etdiyini söyləyib:

"Bura kiminsə təkidi, istəyi ilə gəlirsən? Sona məndən şikayət edib. Tələbi budur ki, şəxsi həyatım, ailə məsələm efirdə müzakirə olunmasın. Xahiş edir ki, bu məsələ dayandırılsın. Müxtəlif yerlərə məktub yazıb. Onun hüququdur, alqışlayıram. Deyir ki, bütün sənədlərim əlimdə ola-ola, şərəf və ləyaqətim tapdanılır. Mənim Cahangirin Hüseyn Dəryanın oğlu olmasına şübhəm yoxdur".

Ayşə isə aparıcının sözlərinə etiraz edib:

"Deyirlər ki, məni bura reytinq, şou üçün məcbur otuzdurublar. İnsanların mənim haqqımda söz-söhbət danışmasını qəbul edə bilmərəm. Deyirlər ki, özünü sübut et, sonra danış. Mən də analiz verdim ki, alnıaçıq olum".