Efirdə Nadirə qüsurlu qardaşının dediyini hərkəs eşitdi - MƏƏTTƏL QALDILAR - FOTO

2019-03-08 16:26:06

Nadir Qafarzadə aparıcı Zaur Kamalın təkidi ilə qardaşı ilə efirdə telefon əlaqəsi yaradıb.

Müğənni qüsurlu olduğu üçün efirdə qardaşının qeyri-etik ifadə işlədəcəyindən ehtiyyat etsə də, ona sonda zəng edib.

Nadir Əbdül barədə "Bir qardaşım var. Qardaşım Əbdülə yığıram. Amma əvvəlcədən deyim ki, qüsurludur ha. Məndən 2 yaş balacadır o" deyib.

Qardaşına zəng edən Nadir, onunla salamlaşdıqdan sonra "Gələcəm bayrama görə, gəlib sənə baş çəkəcəm. Hər şey yaxşıdır? Ac-susuz deyilsiniz ki?" deyib.

Nadirin sözünü yarımçıq kəsən qardaşı onu həyəcanlandırıb: "Mənə bax, bir söz deyim sənə. Mən səni pula görə tanımıram ha, qardaş. Sən mənim qardaşımsan. Sən mənim həm də atamsan".

Bu ifadələrdən sonra müğənni kövrələrək qardaşına "Qurban olaram sənə" deyib.

Qüsurlu olduğu deyilən Əbdülün Nadirin bu ifadəsinə reaksiyası izləyənləri və digər qonaqları bir daha məəttəl qoyub:

"Mənə qurban olma, yaradana qurban ol. Səni o yaradıb".

Nadirin qardaşının bu çıxışından sonra Zaur "Məni kövrəltdi, Allahhaqqı" sözləri ilə hisslərini dilə gətirib.