Bakıda beynəlxalq forum başladı

2019-03-14 12:36:27

Bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayır.

Lego.az  xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun şüarı “Yeni Xarici Siyasət”dir (“A New Foreign Policy”).

Forumda 70-dən çox ölkədən 450 nümayəndə, o cümlədən, bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Martın 16-na qədər davam edəcək forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

//oxu.az