Sumqayıtda gənc özünü dənizə atdı

2019-03-14 12:41:45

Sumqayıtda intihar hadisəsi baş verib.

Lego.az  oxu.az-a istinadən bildirir ki, Yardımlı rayon sakini, 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlu Sumqayıtda bulvar ərazisində intihar edib.

Səyavuş Vəlişov ötən gecə telefonunu daşın üzərinə qoyaraq özünü dənizə atıb.  

Onun meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.