Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfər edəcək

2019-03-14 12:47:23

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gələcək. 

Akipress.org-un məlumatına görə, bununla bağlı Jeenbekov Bişkekdə səfirlərlə görüşündə özü məlumat verib. 

“Azərbaycan, Almaniya, İsveçrə, Fransa və Macarıstana rəsmi səfərlərimə hazırlıqlar gedir”, - o bildirib. 

Dövlət başçısı əminliklə qeyd edib ki, səfərlər həmin ölkələrlə ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq.