Ərdoğan Netanyahunu təhqir etdi-“əgər bir zalım varsa o da sənsən”

2019-03-14 16:55:53

 

İsrail baş nazirinin ittihamlarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu tənqid dolu söz atəşinə tutu.

“Netanyahu, əgər dünyada axtarılan bir zalım varsa, o da sənsən !” -deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş nazirinin tənqidlərini belə cavablandırıb.

“Tayyib Ərdoğanın ölkəsində jurnalistlər həbsdə imiş və Netanyahu bundan dolayı narahat olmuş. Netanyahu sən zalımsan, zalım. İsraildə seçki var deyə, minlərlə qadını, uşağı, yaşlını həbsdə saxlayan sən deyilsənmi? Onlara işgəncə verən sən deyilsənmi? Müqayisəsi olmayan zalımın birisən. Utanmadan da danışırsan”, - deyə Ərdoğan bildirib.