Azərbaycan klubu "Çelsi"nin keçmiş ulduzu ilə danışıqlara başladı – RƏSMİ

2019-03-14 17:17:37

"Səbail” klubu "Çelsi"nin 38 milyon avroya aldığı dünya şöhrətli futbolçu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdi.

Peşəkar karyerasına Fransa "Bastiya”sında başlayan futbolçu 2003-cü ildə 11.7 milyon avroya "Lion"a transfer olunub. 2 il sonra isə "Çelsi" onu 38 milyon avroya heyətinə qatıb. Yarımmüdafiəçi İngiltərə klubunda 168 oyun oyun keçirirək 19 qol vurub.

O, 2012/13 mövsümündə İspaniyanın "Real" klubuna icarəyə verilib. 2014-cü ildə isə İtaliyanın "Milan” klubu transfer haqqı ödəmədən onu heyətinə qatıb. Ardınca Yunanıstan "Panatinaikos"unda çıxış edən Esyen son olaraq İndoneziyanın "Persib Bandunq" klubunun formasını geyinib.

 

36 yaşlı futbolçu karyerası ərzində Fransa çempionluğunu (2 dəfə) və Super Kubokunu (2), İngiltərə çempionluğunu (2), Federasiya Kubokunu (4), Liqa Kubokunu (1) və ölkə Super Kubokunu (1) qazanıb. Qanalı ulduz 2011/12 mövsümündə "Çelsi" ilə Çempionlar Liqasının qalibi olub.