Avropa Liqasında 1/4 finalçılar məlum oldu

2019-03-15 13:13:33

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Dünən baş tutan qarşılaşmalardan sonra növbəti mərhələyə adlayacaq 8 komandanın adına aydınlıq gəlib.

"Çelsi" ilk oyunda 3:0 hesabı ilə yendiyi Kiyev "Dinamo"sunu 5 cavabsız qolla mübarizədən kənarlaşdırıb. "Napoli" səfərdə "Zalsburq"a 1:3 hesabı ilə yenilsə də, mərhələ adlayıb. Buna səbəb italyanların ilk matçda 3:0 hesablı qələbə qazanması olub. "Krasodar" isə ilk matçda 1:2 hesabı ilə yenildiyi "Valensiya" ilə "sülh"ə razılaşaraq mübarizəni dayandırıb.

Fransada "Renn"ə yenilən "Arsenal" evdə 3:0 hesablı qələbə qazanaraq 1/4 finala adlayıb. "Valensiya" ilk oyunda olduğu kimi yenə "Zenit"ə qalib gələrək adını 1/4 finala yazdırıb.

"İnter" də turnirlə vidalaşıb. "Ayntraxt"la səfər oyunundan qolsuz bərabərliklə dönüş Milan klubu evdə minimal hesabla yenlib.

"Sevilya" da çıxışını başa vurub. İspanlar "Slaviya" ilə olduğu kimi səfər matçının da əlavə vaxtını 2:2 hesablı heç-heçəylə başa vurublar. Bu səbəbdən qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqə başlayan kimi "Sevilya" hesabı açsa da, Çexiya klubu 2 qol vuraraq 4:3 hesablı qələbə qazanıb və mərhələ adlayıb.

"Benfika" - "Dinamo" (Zaqreb) oyununda da qalib əlavə vaxtda müəyyənləşib. "Benfika" ilk oyunda uduzduğu (0:1) rəqibinə cavab matçında eynihesabla qalib gəlib. Əlavə vaxtda daha 2 qol vuran portuqaliyalılar 3:0 hesablı qələbə ilə mərhələ adlayıblar.

 

Avropa Liqası 1/8 final

Cavab oyunları

14 mart

Dinamo (Kiyev, Ukrayna) - Çelsi (İngiltərə) 0:5

Qollar: Oliver Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hudson-Odoi, 78.

Dinamo: Boyko, Sidorçuk (k) (Tçe Tçe, 65), Şepeliyev (Andrievski, 87), Şaparenko, Tsiqankov, Mikolenko, Sidkli (Smirni, 81), Qarmaş, Burda, Kadar, Kedziora.

Çelsi: Arrizabalaqa, Rüdiger, Alonso, Kante (Jorginyo, 65), Loftus-Çeek, Kovaciç, Jiru, Hudson-Odoi, Zappakosta (Azpilikueta, 69), Villian (k) (Pedro, 74), Andreas Kristensen.

İlk oyun - 0:3

Krasnodar (Rusiya) - Valensiya (İspaniya) 1:1

Qollar: Maqomed-Şapi Süleymanov, 85 - Qonsalo Qudes, 90+3.

Krasnodar: Safonov, Fyoluson, Spayiç, Ramirez, Vanderson, Qazinski (k), Ari (Stotski, 30), Olsson, Klaesson, Pereyra (Taranov, 90+1), Sergey Petrov (Süleymanov, 75).

Valensiya: Neto, Qabriel, Kondoqbiya, Soler (Qameyro, 88), Çerişev, Diaxabi, Qaya (k), Koquelin, Vass, Santi Mina (Qudes, 70), Ruben Sobrino (Rodriqo, 58).

İlk oyun - 1:2

Zalsburq (Avstriya) - Napoli (İtaliya) 3:1

Qollar: Munas Dabbur, 25. Fredrik Qulbrandsen, 65. Kristof Leytqeb, 90+2 - Arkadiuş Milik, 14.

Zalsburq: Valke, Onguene, Samasseku, Dabbur, Volf, Szoboszlai (Leytqeb, 74), Andre Ramalho, Ulmer (k), Minamino (Haland, 86), Lainer, Mvepu (Qulbrandsen, 59).

Napoli: Meret, Allan, Kallehon (k), Çiriçeş (Malkuit, 78), Hisay, Luperto, Milik, Mario Rui, Fabian Ruiz, Zielinski (Diavara, 74), Merents (Yunes, 88).

İlk oyun - 0:3

Arsenal (İngiltərə) - Renn (Fransa) 3:0

Qollar: Pyer-Emerik Aubameyanq, 5; 72. Aynisli Maitland-Niles, 15.

Arsenal: Çex, Kosçielni (k), Remzi (Torreyra, 88), Lakazette (İvobi, 70), Özil (Mkıtaryan, 69), Aubameyanq, Maitland-Niles, Monreal, Mustafi, Kolaşinaç, Haka.

Renn: Kubek, Da Silva, Mekser, Sarr, Qrenier (Hunou, 70), Nianq, Buriqeaud, Bensebaini, Ben Arfa, Andre (k) (Ceyms Lea, 78), Traore.

İlk oyun - 1:3

Benfika (Portuqaliya) - Dinamo (Zaqreb, Xorvatiya) 3:0

Qollar: Jonas, 71. Françisko Ferreyra, 90+4. Aleks Qrimaldo, 105.

Qırmızı vərəqə: Petar Stoyanoviç, 104.

Benfika: Vlaçodimos, Feysa, Ruben Dias, Qabriel, Yuri Ribeyro (Qrimaldo, 46), Jivkoviç (Jonas, 46), Pizzi, Rafa Silva, Andre Almeyda (k), Jota (Joao Filipe, 62), Françisko Ferreyra.

Dinamo: Livakoviç (k), Dani Olmo, Rrahmani, Qoyak (Atyemven, 97), Petkoviç (Qavranoviç, 86), Moro, Teopile-Katerine, Stoyanoviç, Dilaver, Kadzior (Situm, 75), Orşiç (Periç, 109).

İlk oyun - 0:1

İnter (İtaliya) - Ayntraxt (Almaniya) 0:1

Qol: Luka Yoviç, 5.

İnter: Handanoviç (k), De Vrij, Veçino, Keyta Balde, Politano (Merola, 80), Borya Valero (Esposito, 73), Sedrik (Ranoççiya, 62), D'Ambrosio, Şkriniar, Perişiç, Kandreva.

Ayntraxt: Trapp, N'Dika, Yoviç, Haller, Kostiç, Qasinoviç (De Quzman, 59), Hinteregger, Villems (Stendera, 73), Rode (Pakiensia, 89), Hasebe (k), Da Kosta.

İlk oyun - 0:0.

Slaviya (Çexiya) - Sevilya (İspaniya) 4:3

Qollar: Maykl Nqadeu-Nqadyui, 15. Tomas Soucek, 47. Mik van Buren, 102. Simon Kyaer, 119 (avtoqol) - Vissam Ben Yedder, 44. Munir El Haddadi, 54. Franko Vazkuez, 98.

Slaviya: Kolar, Nqadeu-Nqadyui, Kudela, Stoç (Van Buren, 93), Boril, Deli, Şkoda (k) (Olayinka, 77), Soucek, Traore, Masopust (Jmrhal, 90+2), Kral (Fridrix, 106).

Sevilya: Vaçlik, Serj Qomes, Kyaer, Daniel Karriço, Roque Mesa (Qonalons, 74), Ben Yedder (Roq, 104), Baneqa, Xesus Navas (k), Sarabia (Andre Silva, 80), Munir (Vazkues, 90), Promes.

İlk oyun - 2:2.

Vilyarreal (İspaniya) - Zenit (Rusiya) 2:1

Qollar: Cerard Moreno, 29. Karlos Bakka, 47 - Bronislav İvanoviç, 90+1.

Vilyarreal: Andres Fernandes, Mario Qaspar (k), Alvaro, Funes Mori (Llambriç, 77), Kaseres (Morlanes, 46), Viktor Ruiz, Moreno, Fornals, Bakka, İborra (Kazorla, 71), Jaume Kosta.

Zenit: Lunev (Kerjakov, 64), İvanoviç (k), Serdar Azmun (Mak, 71), Driussi, Şatov, Smolnikov, Barrios (Kranevitter, 46), Ozdoyev, Mammana, Ernani, Rakitskiy.

İlk oyun - 3:1.