İrəvanda qarşıdurma-millət vəkilinin ayağı sındı

2019-03-15 16:13:13

Ötən gün İrəvanda baş verən etiraz aksiyasında nümayişçilərə güc tətbiq edən polisin aqibətinə aydınlıq gətirilib.Belə ki, təhlükəsizlik işçisi vəzifəsindən qovulub.

Bu barədə Ermənistan polisi məlumat yayıb. Həmçinin, hadisə ilə bağlı araşdırma işlərinə başlanılıb.

Qeyd edək ki, 13 və 14 martda İrəvanda yerləşən Opera və Balet Teatrı binasının yaxınlığında fəaliyyət göstərən kafenin sökülməsi şəhər sakinlərinin etirazına səbəb olub. Aksiyanın qarşısını almaq istəyən polislə nümayişçilər arasında insident yaşanıb. Etirazçılar arasında olan “Çiçəklənən Ermənistan” fraksiyasından millət vəkili Naira Zöhrabyanın da ayağı sınıb.