Azərbaycanda zəlzələ

2019-03-16 12:13:42

Zərdabda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 30 km olub, zəlzələ hiss olunmayıb.